İdman

"Neftçi" Türkiyə toplanışını qələbə ilə başa vurdu

1 Avqust 2015 11:23
0 Şərh     Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni mövsümün hazırlığını davam etdirən "Neftçi" Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" Superliqa təmsilçisi "Antalyaspor"la qarşılaşıb.

Ulduz futbolçu Samuel Eto`Onun yeni komandası ilə görüş Bakı vaxtı ilə 22:30-da start götürüb.
 
Kamerunlu ulduzun ilk dəqiqələrdən meydanda olduğu oyun "Neftçi"nin qələbəsi ilə başa çatıb.
 
"Ağ-qaralar" ikinci hissədə Ruslan QurbanovFəhmin Muradbəylinin qolları ilə matçdan 2:0 hesablı qələbə ilə ayrılıb.
 
Qeyd edək ki, "Neftçi" Türkiyədəki əvvəlki yoxlama matçlarında "Alanyaspor"la heç-heçə (1:1) edib, Səudiyyə Ərəbistanının "Əl-Faysali" klubuna isə qalib gəlib (2:1). 

Yoxlama oyunu
 
"Neftçi" (Azərbaycan) - "Antalyaspor" (Türkiyə) - 2:0
Qol: Ruslan Qurbanov, 60, Fəhmin Muradbəyli, 88
 
"Neftçi": Aqil Məmmədov, Elvin Bədəlov, Melli, Aylton, Kamal Qurbanov, Kaue, Rəhman Hacıyev, Elşən Abdullayev, Samir Məsimov, Araz Abdullayev, Məhəmməd Qurbanov.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.