İdman

"Ən güclü komanda "Barselona"dır"

31 İyul 2015 21:34
1 Şərh     Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın forvardı Luis Suarez karyerasını vətənində - "Nasional" klubunda başa vurmaq istədiyini açıqlayıb. Goal.az xəbər verir ki, uruqvaylı hücumçu gələcəkdə MLS və "Ayaks"a getmək ehtimalını da istisna etməyib.

"Mən sevdiyim "Nasional" klubunda karyeramı başa vurmaq istərdim. Bir gün "Ajax"a qayıtmaq da pis olmazdı. MLS də yaxşı seçim olardı. Bunların hər biri baş verə bilər. Amerikada futbola maraq artmaqdadır. insanlara stadionlara gəlirlər. İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Amma ən güclü komanda "Barselona"dır. Özümü dünyanın ən yaxşı futbolçularından biri hesab etmirəm. Amma "Barselona"da oynamaq böyük xoşbəxtlikdir. Biz hələ çox qollar vurmalıyıq. Çempionlar Liqasını ardıcıl 2 dəfə qazanan ilk komanda olmaq istəyirik. Növbəti mövsümə motivasiyalı çıxacağıq. "Barselona"da son qərarı Luis Enrike verir. Eyni zamanda o, hər zaman futbolçuların təklifinə də açıqdır. Fikrimcə, növbəti mövsüm də oyun tərzini saxlamaq lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.