İdman

AFFA-dan fövqəladə qərar

31 İyul 2015 18:21
1 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK)  fövqəladə iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda klublarla bağlı qərarlar qəbul olunub.
 
Peşəkar Futbol Liqasının müraciətinə baxan İK "Rəvan"ın 2015/16-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakını müsbət dəyərləndirib. Bununla, paytaxt təmsilçisinin yarışda iştirakı rəsmiləşib.
 
İclasda üç klubun - "Kəpəz Peşəkar Futbol Klubu" İctimai Birliyinin, "Turan Tovuz  Peşəkar Futbol Klubu" İctimai Birliyinin, həmçinin yeni "Zaqatala Peşəkar Futbol Klubu" İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə AFFA-nın da təsisçi qismində iştirakının təmin edilməsinə qərar verilib.
 
Komitə üzvləri 2016/17-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.