İdman

"Qırmızı şeytan" "tapıldı"

31 İyul 2015 14:19
0 Şərh     Baxış: 1 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in yarımmüdafiəçisi Anxel di Mariyanın gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, argentinalı futbolçu PSJ-yə keçib.

İki klub arasında aparılan uzun müddətli danışıq, nəhayət ki, müsbət nəticələnib. "Mançester Yunayted"lə birlikdə ABŞ toplanışına yollanmayan ulduz futbolçunun PSJ-yə keçidinin bu gün rəsmən açıqlanması gözlənilir. Bu transfer ingilislərə 65 milyon avro qazandıracaq.
 
Qeyd edək ki, Anxel di Mariya "Mançester Yunayted"ə ötən il 75 milyon avro müqabilində "Real"dan keçmişdi.

Milli.Az bildirir ki, onun transfer xəbəri uzun müddət gündəmi zəbt etsə də, sualları "Mançester Yunayted"in baş məşqçisi Lui Van Qaal: "Di Mariyanı tapanda mənə də xəbər edin", - şəklində cavablandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.