İdman

"Apollon" - "Qəbələ" matçında biabırçılıq - FOTO

31 İyul 2015 09:08
9 Şərh     Baxış: 3 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci hissədə "Apollon"un qapısı arxasında yerləşdirilən Azərbaycan bayrağının cırılması diqqətdən yayınmayıb

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının xəbərinə görə təmsilçimiz "Qəbələ" səfərdə "Apollon"la qarşılaşıb.

Kiprdəki oyunun sonlarına yaxın "Antonis Papadopulos" stadionunda gərgin anlar yaşanıb. Belə ki, 90+2-ci dəqiqədə rəqib futbolçu Voislav Stankoviçi cərimə meydançasında yıxdığı üçün kiprlilərin qapısına penalti təyin olunub. Bundan sonra ara qarışıb və bəzi azarkeşlər meydançaya daxil olublar. 

Topun arxasına keçən Cavid Hüseynov isə hesabı bərabərləşdirməyə nail olub - 1:1. Bu qoldan sonra asayişin yaxşı təmin olunmadığını görən hakim komandaları paltardəyişmə otağına göndərib. Hətta burada tərəflər arasında dava da düşüb. Amma müəyyən fasilədən sonra hakim tərəfləri geri çağırıb və oyun yenidən başlanılıb. 

Qol.az-ın məlumatına görə, ikinci hissədə "Apollon"un qapısı arxasında yerləşdirilən Azərbaycan bayrağının cırılması diqqətdən yayınmayıb.

Lakin "Qəbələ"nin kapitanı Cavid Hüseynov kiprli azarkeşlərin bu hərəkətini cavabsız qoymayıb. O, 95-ci dəqiqədə penaltidən vurduğu bərabərlik qolundan sonra Azərbaycan bayrağının cırılmasına etiraz əlaməti olaraq "Apollon" azarkeşlərinə ədəbsiz jest edib. Onun bu hərəkətindən sonra kiprli azarkeşlər meydana yad əşyalar atıblar.

Qeyd edək ki, "Apollon" - "Qəbələ" oyunu 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.