İdman

“İnter” sensasiya axtarışında

30 İyul 2015 21:34
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı "İnter" UEFA Avropa Liqası III turunda ilk oyununu keçirəcək. 
Milli.Az apasport.az-a istinadən bildirir ki, "bankirlər" İspaniyada "Atletik"in qonağı olacaq.
 
Tarixində ilk dəfə 3-cü mərhələyə adlayan "İnter" həm də ispan klubları ilə qarşılaşacaq ilk Azərbaycan klubu kimi tarixə düşəcək.
 
La Liqanı heç vaxt tərk etməyən 3 klubdan biri olan Bilbao təmsilçisi qitə miqyaslı yarışlarda titul qazanmayıb. Lakin Avropa Liqasına III təsnifat mərhələsindən başlayacaq "Atletik" daxili nəticələri ilə kifayət qədər nüfuz qazana bilib.
 
Son 4 səfər oyununda qol vuran və yenilməyən "İnter" "San Mames" stadionunda da seriyasını davam etdirməyə çalışacaq. 
 
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun

 
30 iyul
 
23:45. "Atletik" (Bilbao, İspaniya) - "İnter" (Bakı, Azərbaycan)
 
Baş hakim: Stavros Tritsonis
Yan xətt hakimləri: Xristos Akrivos, İlias Alekseas 
Dördüncü hakim: İlias Spatas (hamısı Yunanıstan) 
UEFA hakim-inspektoru: Yuni Hiitia (Finlandiya)  
UEFA nümayəndəsi: Danilo Filakçione (İtaliya) 
Bilbao. "San Mames" stadionu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.