İdman

Məşhur futbolçunun atası 4 çanta kokainlə yaxalandı - FOTO

30 İyul 2015 17:56
0 Şərh     Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur futbolçu, Almaniyanın "Bayern" (Münhen) komandasının yeni transfer etdiyi Arturo Vidalın atası külli miqdarda narkotiklə tutulub.

APA-nın xəbərinə görə, ata Erasmo Vidal 4 çanta kokainlə yaxalanıb.

Hadisə oğul Vidalın yeni komandasına transfer olduğu gün baş verib. İmza mərasimi günü yaxalanan 54 yaşlı Erasmo daha sonra sərbəst buraxılıb. Onun azadlığa buraxılmasının səbəbi məlum deyil.

Almaniya mətbuatı ata Vidalın narkotik alveri ilə illərdir, məşğul olduğunu yazır. Məlumata görə, 2011 və 2012-ci illərdə də həbs olunan Erasmonun evindən 100 çanta narkotik tapılıb. 2008-ci ildə isə mübahisə etdiyi oğlu Arturonu öldürməyə cəhd edib, bundan sonra onlar ayrılıblar.

Daha sonra anlaşmazlıq baş verdiyini deyən ata oğlundan üzr istəyib. Arturo Vidal isə baş verənlərə baxmayaraq, ailəsinə və atasına sahib çıxıb.

Qeyd edək ki, çilili Arturo Vidal "Bayern"lə 4 illik müqavilə imzalayıb. O, Almaniya klubundan bu müddətdə 62 milyon avro alacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.