İdman

Dünya çempionatında oynayan futbolçu "Zirə"də

30 İyul 2015 19:16
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırlığını Türkiyədə davam etdirən "Zirə" daha bir futbolçu ilə güclənib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı Çimezi Mba komandayla bir illik müqaviləyə imza atıb. Müdafiəçi İsrail təmsilçisi, Petax-Tikvanın "Hapoel" klubundan ölkəmizə gəlib. Peşəkar karyerasına vətənində başlayan Mba milli komandadakı çıxışı ilə avropalıların diqqətini çəkib.

23 yaşlı müdafiəçi əvvəlcə Belçika, ardından isə İsrailə yollanıb. Mba Nigeriyanın U-20 yığma komandasinda oynayıb. O, 2011-ci ildə Kolumbiyada keçirilən dünya çempionatında da iştirak edib. Həmin vaxt Mbanın yer aldığı Nigeriya yığması qrupda 1-ci yeri tutub. 1/8 final mərhələsində İngiltərəni məğlub edən Çimezinin komandası 1/4-də Fransaya penalti seriyalarında uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.