İdman

""Seltik"ə qarşı çox yaxşı komanda mübarizə apardı"

30 İyul 2015 11:22
1 Şərh     Baxış: 1 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Bizim qol vurmaq üçün rəqiblə müqayisədə daha çox şansımız var idi. Amma onların yalnız birindən yararlana bildik. Bu da normaldır. Nəticə oyuna görədir. Çünki bizə qarşı çox yaxşı komanda mübarizə aparırdı. Onlara qarşı oynamaq asan deyildi. Ən başlıcası da odur ki, biz bu gün qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi etdik.

İkinci hissədə daha yaxşı oynadıq. Amma biz hələ çox çalışmalıyıq. Topa daha çox nəzarət etdik, rəqibi təzyiq altında saxladıq. Üç qol vura bilsəydik, səfər oyununda daha rahat oynaya bilərdik. Hazırkı vəziyyətdə favorit olub-olmadığımızı demək çətindir. Amma yaxşı şansımız var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.