İdman

Serbiyaya çata bilmədik

30 İyul 2015 09:55
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Azerisport.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb.

Qeyd edək ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu il də son çempion "Qarabağ" təmsil edir. Ağdam klubu ötən gecə səfərdə Şotlandiya çempionu "Seltik"lə qarşılaşdı və 0:1 hesabıyla məğlub oldu.

Hazırda UEFA reytinqində 54 ölkə arasında 29-cu pillədəyik. Azərbaycanın hesabında 12.250 reytinq xalı var ki, onun da 1.750 xalı cari mövsümdə qazanılıb ("İnter" - 0.625, "Qəbələ" - 0.500, "Qarabağ" - 0.375, "Neftçi" - 0.250).

Ötən günə qədər Azərbaycanla eyni xala malik olan Serbiya isə təmsilçisi "Partizan"ın müvafiq turnirdəki Rumıniya "Styaua"sına qarşı səfər oyununda heç-heçəsi (1:1) sayəsində xal ehtiyatını yaxşılaşdırıb - 12.375 (cari mövsümdə 2.000)

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.