İdman

Avropa Liqası: "İnter"lə "Qəbələ"nin səfər oyunu

30 İyul 2015 09:01
1 Şərh     Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı "İnter" UEFA Avropa Liqası III turunda ilk oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, "bankirlər" İspaniyada "Atletik"in qonağı olacaqlar. Tarixində ilk dəfə 3-cü mərhələyə adlayan "İnter" həm də ispan klubları ilə qarşılaşacaq ilk Azərbaycan klubu kimi tarixə düşəcək. Son 4 səfər oyununda qol vuran və yenilməyən "İnter" "San Mames" stadionunda da seriyasını davam etdirməyə çalışacaq.
 
Azərbaycan çempionatının bürünc mükafatçısı "Qəbələ" isə Kipr klubu "Apollon"la qarşılaşacaq. Təmsilçimiz ilk oyununu səfərdə keçirəcək.  İlk iki mərhələdə keçirdiyi səfər oyunlarında məğlub olan əyalət klubu adadan sərfəli nəticə ilə dönməyə çalışacaq. Həm Tiflisdə "Dinamo"ya, həm də Belqradda "Çukariçki"yə minimal fərqlə yenilən, amma cavab oyununda bunun əvəzini çıxmağa nail olan Roman Qriqorçukun yetirmələri səfərdə ilk reytinq xalını əldə etmək əzmindədirlər.
 
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
 
30 iyul
 

22:00. "Apollon" (Limassol, Kipr) - "Qəbələ" (Azərbaycan)
 
23:45. "Atletik" (Bilbao, İspaniya) - "İnter" (Bakı, Azərbaycan)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.