İdman

Milli Gimnastika Arenasında Azərbaycan və xarici gimnastların yoxlama məşqi keçirilib - FOTO

29 İyul 2015 21:24
Baxış: 1 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədii gimnastika üzrə Azərbaycan yığması sentyabrın 7-13-də Almaniyanın Ştutqart şəhərində keçiriləcək və Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq dünya çempionatına hazırlığı davam etdirir.

Trend-in məlumatına görə, Milli Gimnastika Arenasında qarşıdakı mundialda iştirakı planlaşdırılan komandanın lideri Marina Durunda, gimnastlar Ayşən Bayramova, Gülsüm Şəfizadə, Zeynep Celep fərdi proqramda, Siyana Vasileva, Səbinə Abbasova, Aleksandra Platonova, Aynur Mustafayeva, Diana Doman, Nigar Abdusalimovadan ibarət komanda isə qrup hərəkətlərində çıxış ediblər.

Azərbaycan gimnastlarının gündəlik məşqlərinə Kanada, Yeni Zelandiya, Estoniya, Qazaxıstan, Türkiyə və Misir idmançıları da qoşulublar.

Müxtəlif ölkələrdən olan idmançıların iştirakı Azərbaycanda bədii gimnastikanın inkişaf səviyyəsindən və Milli Gimnastika Arenasında yaradılmış şəraitdən xəbər verir. Bir çox ölkələr Bakıda məşqlərini keçirmək üçün iri yarışlardan qabaq öz məşq qrafikini əvvəlcədən planlaşdırır.

Yerli mütəxəssislərdən və xüsusilə də bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilevadan tövsiyələr alan iştirakçılar Azərbaycan yığma komandasının növbəti yoxlama məşq toplanışında düzəlişlər edilmiş çıxışlarını nümayiş etdiriblər.

M.Vasilevanın sözlərinə görə, bugünkü yoxlama məşqi idmançıların Polşada iştirak edəcəyi beynəlxalq turnirin birinci startına həsr edilib.

Baş məşqçi qeyd edib ki, əsas olan Almaniyada keçiriləcək qarşıdakı çempionatdır: "Birinci Avropa Oyunlarından sonra 10 gün ərzində fasiləmiz oldu. Qızlar formada qaldılar, çünki istirahət zamanı da formalarını qorumağa çalışırdılar. Biz Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün mübarizə aparacağıq və fikrimcə, hər şey yaxşı olacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.