İdman

"Ərinin pəhrizlərinə fikir versə, mənim haqqımda danışmağa vaxtı qalmayacaq"

29 İyul 2015 19:57
0 Şərh     Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "İnternational Champions Cup"da "Barselona" üzərində qazanılan qələbədən sonra mətbuat konfransında iştirak edib.

O, oyunla bağlı analizləri ilə yanaşı, Rafa Benitezin həyat yoldaşı Monserrat Searanın fikirlərinə də münasibət bildirməyə vaxt tapıb.

Goal.az xəbər verir ki, portuqal mütəxəsis yenə də maraqlı cavabı ilə diqqət mərkəzinə düşüb.
"Hörmətlə deyirəm ki, bu qadın hər şeyi qatıb qarışdırır. Gülməlidir. Çünki onun həyat yoldaşı Benitez "Çelsi"yə Di Matteonun gedişindən sonra gəlmişdi. "Real"a isə Ançelottinin istefasından sonra baş məşqçi təyin olunub.

Məni əvəzlədiyi yeganə komanda "İnter" olub. Həmin vaxt "nerazzuri" Avropanın ən güclü komandası olsa da, Benitez onu 6 aya korladı. Bu xanımın mənim haqqımda düşünməsi və danışması isə boş vaxtını doldurmaq üçündür. Əgər ərinin pəhrizlərinə fikir versə, mənim haqqımda danışmağa vaxtı qalmayacaq".
Qeyd edək ki, Monserrat Seara həyat yoldaşının işə başladığı klublarda Mourinyonun səhvlərini düzəltdiyini zarafatla söyləmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.