İdman

"Müller burada özünü tam rahat hiss edir"

29 İyul 2015 20:15
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bayern Munchen"də İdarə Heyətinin sədri kimi çalışan Karl-Haynz Rummenige Tomas Müllerin bütün karyerasını Münhen klubunda keçirəcəyinə əminliyini ifadə edib.

Goal.az xəbər verir ki, futbol funksioneri Mülleri klubun strukturunda saxlamaq arzusunu də gizlətməyib.

"Hiss edirəm ki, Tomas "Bavariya"dan heç yerə getməyəcək. İstərdik ki, o, futbolçu karyerasını bitirəndən sonra klubun idarə strukturunda vəzifə alsın. Müller burada özünü tam rahat hiss edir. Düşünmürəm ki, azarkeşlərimiz onun getmə ehtimalına görə narahatlıq keçirməməlidir. Baş məşqçiyə qalanda, Xosep Qvardiolanın müqaviləsini yeniləmək istəmədiyinə aid əlamət görmürəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.