İdman

UEFA nümayəndələri Olimpiya stadionunda

29 İyul 2015 21:14
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın baş əməliyyat meneceri, Milli Assosiasiyalar Departamentinin əməkdaşı Kristof Yunq, stadionlar üzrə inspektor Triqve Borno və media nümayəndəsi Yuliya Zenkoviçdən ibarət nümayəndə heyəti Bakıda ikigünlük səfərdə olublar.

Goal.az xəbər verir ki, səfərin məqsədi futbol üzrə "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək Azərbaycan-İtaliya oyununa hazırlıq işləri ilə maraqlanmaq olub. Qitənin ali futbol qurumunun nümayəndələri qarşılaşmanın təşkil olunacağı Bakı Olimpiya Stadionuna baxış keçiriblər. Qonaqlar, həmçinin mətbuat və digər təşkilati məsələlərlə bağlı tövsiyələrini veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.