İdman

BBC "Qarabağ"dan yazdı: "Bu məntiqi başa düşmək çətindir"

29 İyul 2015 13:59
1 Şərh     Baxış: 1 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın nüfuzlu media qurumu olan BBC-nin saytında bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Seltik" - "Qarabağ" oyunu haqda geniş yazı dərc edilib.

Qol.az-ın xəbərinə görə, yazıda müəllif Tom İngliş Ağdam klubu haqda müsbət fikirlər ifadə edib.

"Ola bilər ki, "Seltik"in "Qarabağ" haqda məlumatı azdır. Bəlkə də, onlar rəqibi yaxşı öyrənməyiblər. "Qarabağ" populyar komanda olmasa da, təhlükəlidir. Klub ötən mövsüm Avropa Liqasındakı çıxışı ilə özünə hörmət qazanıb", - yazan müəllif Ağdam klubunun ötən il qrupda bütün rəqibləri - "Dnepr", "Sent-Etyen" və "İnter"lə oyunda xal qazanmasına diqqət çəkib. Eyni zamanda "Qarabağ"ın "Zalsburq"a Bakıda qalib gəldiyi, yalnız iki oyunun nəticəsinə əsasən, uduzaraq mübarizəni dayandırdığını xatırladıb.

"Qarabağ" "Seltik"ə real təhlükəli yarada biləcək komandadır", - deyə yazıda qeyd olunub.

Müəllif bukmekerlərin "Qarabağ"ı autsayder kimi görməsini anlamadığını yazıb: "Bu məntiqi başa düşmək çətindir".

Yazıda həmçinin qeyd olunub ki, bugünkü qarşılaşmada "Seltik"ə güclü dəstək olacaq: "Stadionda ən azı 40 min azarkeş komandalarına dəstək verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.