İdman

Azərbaycanlı döyüşçü erməni zabiti bir zərbəylə nokauta saldı - VİDEO

29 İyul 2015 13:44
9 Şərh     Baxış: 3 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

25-26 iyul tarixlərində  Gürcüstanın Batumi şəhərində keçirilən kungq-fu sanda üzrə Qara dəniz kuboku maraqlı anlara səhnə olub.

80 kq-da Azərbaycanı təmsil edən Babək Əliyev iranlı və gürcü rəqiblərini məğlub edərək finala çıxıb.

Finalda Babək erməni ordusunun zabiti Razmik Hopsepyanla qarşılaşıb. Görüşdə erməni  rəqibinə aman verməyən Babək ayaq zərbəsi ilə onu nokauta salıb. ATV.az-a açıqlamasında Babək bildirib: "Bu qələbəni canım vətənim, millətim adına aldığına görə çox sevincliyəm. Qələbəmi bu yaxınlarda şəhid olan əsgər qardaşlarıma həsr edirəm".

Xatırladaq ki, Babək məşhur məşqçi Ruslan Rzayevin yetirməsidir. Həmin döyüşün videosunu təqdim edirik.

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.