İdman

Çempionlar Liqası: "Möhtəşəm dönüş" alınmadı

29 İyul 2015 08:57
0 Şərh     Baxış: 1 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 9 qarşılaşma baş tutub.

Güclü çempionatlarda çıxış edən bu komandaların matçları daha çox maraq kəsb edir. Türkiyə "Fənərbağça"sı Ukrayna "Şaxtyor"u ilə qarşılaşıb. Bu qarşılaşma Türkiyədə uğurla çalışmış və tez-tez adı bu ölkənin klubları ilə yanaşı hallanan Mirça Luçeskunun rəqib qismində İstanbula qayıtması ilə əlamətdar olub.
 
Rəqiblərin bütün cəhdlərinə baxmayarq Luçesku Türkiyəyə dönüşünü qolla qeyd edə bilməyib. Qolsuz bərabərliklə ukraynalılar ikinci oyun öncəsi nisbi üstünlük qazanıblar.
 
Bundan başqa, Rusiya MOİK-inin Çexiya "Sparta"sı, "Panatinaikos"un (Yunanıstan) Belçika "Beügge"si ilə qarşılaşmaları da maraqlı olub. "Monako" isə İsveçrədə "Yanq Boyz"un qonağı olub.
 
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
 
 
MOİK (Rusiya) - "Sparta" (Çexiya) - 2:2

Qollar: Dzaqoyev, 14, Tosiç, 53 - Fatai, 15, Kreyçi, 57
 
"Milsami" (Moldova) - "Skenderbeu" (Albaniya) - 0:2
Qollar: Salihi, 50, 73
 
"Midtyulland" (Danimarka) - APOEL (Kipr) - 1:2
Qollar: De Vinsenti, 30, 33
 
"Makkabi" (Təl-Əviv, İsrail) - "Viktoriya" (Çexiya) - 1:2
Qollar: İtzaki, 79 - Mahmutoviç, 17, Petrjela, 21
 
"Fənərbağça" (Türkiyə) - "Şaxtyor" (Ukrayna) - 0:0
 
"Panatinaikos" (Yunanıstan) - "Brügge" (Belçika) - 2:1

Qollar: Berq, 37, Karelis, 65 - Mbombo, 16
 
"Yanq Boyz" (İsveçrə) - "Monako" (Fransa) - 1:3
Qollar: Nuzzolo, 74 - Kurzava, 64, Karilla, 72, Pasaliç, 75
 
"Videoton" (Macarıstan) - BATE (Belarus) - 1:1
Qollar: Vinisius, 89 - Luyiks, 56 (öz qapısı)
 
"Dinamo" (Xorvatiya) - "Molde" (Norveç) - 1:1
Qollar: Henrikez, 18 - Kamara, 21

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.