İdman

Toplanışa gecikən futbolçu 198 min avro cərimələnəcək

28 İyul 2015 21:46
0 Şərh     Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" futbol klubunun müdafiəçisi Markos Roxo 198 min avro cərimələcək.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb argentinalının komandanın ABŞ-dakı toplanışına gecikməsi olub.

Oyunçu iyulun 25-də kluba qoşulmalı idi, lakin pasportu etibarsız olduğundan onu Argentinada təyyarəyə buraxmayıblar. Bundan istifadə edən futbolçu sərbəst məşq edib və dostları ilə istirahət edib.

Bu, komandanın baş məşqçisi Lui Van Qalı əsəbləşdirib və o, M.Roxonun ikihəftəlik maaşını kəsmək qərarına gəlib.

Qeyd edək ki, argentinalı ildə təqribən 5 milyon avro alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.