İdman

“Qəbələ” keçmiş qapıçısını geri qaytarıb

28 İyul 2015 21:42
0 Şərh     Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" keçmiş qapıçısı David Pietrzkieviçi komandaya qaytarıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 27 yaşlı qapıçı artıq UEFA Avropa Liqası III tur oyunu üçün iştirak ərizəsinə də salınıb.
 
Polşalı futbolçu daha əvvəl 2013/14 mövsümündə də əyalət klubunun qapısını qorumuşdu. O, həmin dövrdə "qırmızı-qaralar"ın heyətində 10 oyunda meydana çıxmağa imkan tapıb.
 
Pietrzkeviçin Azərbaycandakı karyerası bununla yekunlaşmır. Polşalı "dəri əlcək ustası" "Qəbələ"dən qabaq da "Simurq"un şərəfini qorumuş və "sehirli quşlar"la milli çempionatda 28 oyunda meydana çıxmağa imkan tapmışdı.
 
Qeyd edək ki, yeni qapıçı "Qəbələ"də 33 nömrəli forma ilə çıxış edəcək.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.