"Matça normal hazırlaşmışıq. Başa düşürük ki, bizi səfərdə çox çətin və ağır oyun gözləyir".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Seltik"lə oyunöncəsi "ANS" telekanalına deyib.
Rəqibi analiz etdiklərini deyən Sadıqov "Seltik"in gözləniləndən daha güclü olduğunu bildirib: "Rəqibi analiz etmişik. "Seltik" gözlədiyimizdən də güclü çıxdı. "Seltik" əvvəllər Britaniya futboluna üstünlük verirdisə, indi texnikalı oyun nümayiş etdirirlər. Heyətlərində 4-5 ucaboy futbolçu var. Bu isə o deməkdir ki, rəqib standart vəziyyətlərdən təhlükəlidir. Ona görə də işimiz çox çətin olacaq".
Qeyd edək ki, sabah keçiriləcək "Seltik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Milli.Az