İdman

Syomindən azərbaycanlı futbolçuya etiraz

28 İyul 2015 14:32
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Anji"nin baş məşqçisi Yuri Syominlə Rusiya Premyer Liqasının 2-ci turunda "Lokomotiv"lə keçirilən oyundan sonra Moskva təmsilçisinin futbolçusu Aleksandr Səmədov arasında mübahisə yaşanıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Qəbələ"nin sabiq baş məşqçisi matçdan sonra "Lokomotiv"in Azərbaycan əsilli oyunçusuna iradını bildirib.

Syomin simulyasiyaya yol verdiyi üçün Səmədova etirazını bildirdiyini deyib: "Mənimlə onun arasında heç nə baş vermədi. Sadəcə, dedim ki, hər toxunuşdan sonra sonsuz sayda yerə yıxılmaq olmaz. Həmin epizodda heç bir qayda pozuntusu yox idi və yıxılmaq lazım deyildi".

Qeyd edək ki, "Anji" - "Lokomotiv" oyununda 3:1 hesabı ilə qonaqlar qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.