İdman

Qurban Qurbanov: "Meydanda biləcəyik"

28 İyul 2015 14:16
9 Şərh     Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün deyə bilmərik ki, bizi hansı nəticə qane edəcək. Amma çalışacağıq ki, maksimum düzgün oyun quraq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Seltik"lə oyun öncəsi "ANS" telekanalına deyib.

Şotlandiyaya səfər öncəsi sualları cavablandıran Q.Qurbanov bildirib ki, minimal hesabla məğlubiyyətin də onlara sərf etməsi mümkündür: "Ancaq cavab oyunundan sonra bu  dəqiqləşəcək. Oyunun gedişatında da rəqibin gücünü bilirik. Meydanda rəqibin gücünü tam biləcəyik. Amma bu gün deyə bilmərik ki, bizi hansı nəticə qane edəcək".

Xatırladaq ki,  iyulun 29-da keçiriləcək "Seltik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.