İdman

"Barselona"ya fit cəzası

28 İyul 2015 13:19
2 Şərh     Baxış: 1 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubu matçdan əvvəl İspaniyanın himnini fitə basmış fanatlarına görə cərimə ödəyəcək.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, İspaniyanın Zorakılıq, İrqçilik, Ksenofobiya və Dözülməzliklə Mübarizə Komissiyası "Basrelona"nı 66 min avro məbləğində cərimələyib.

Cərimənin 6 min avrosu İspaniya Kubokunun finalında oynanmış "Barselona"-"Atletik" matçından əvvəl stadionda İspaniya himni səslənəndə katalon azarkeşlərin kütləvi şəkildə fit çalmaları, 60 min avrosu isə "Kamp Nou" arenasında təhlükəsizliyin yetərli səviyyədə olmaması ilə bağlıdır.
İspaniya kralı 6-cı Felipe dövlət başçısı qismində ilk dəfə futbol matçına yollanmış və "Barselona"-"Atletik" oyununa baxmışdı. "Barselona" fanatları da İspaniya himni səslənəndə fit çalıblar, himnə və krala sayğısızlıq ediblər.

Bundan başqa, "Barselona" azarkeşlərinin "Catalunya Accio" independist qruplaşması tribunalarda himnin fitə basılmasını təşkil etdiyinə görə 100 min avro, daha 11 azarkeş qrupunun hər biri 70 min avro məbləğində cərimələnib.
İspaniyanın Kral Futbol Federasiyası bu matçdakı olaylara görə 123 min avro, "Atletiko" isə "süstlüyə görə" 18 min avro cərimə ödəməlidir.

Qərardan narazı qalmış "Barselona" şikayətlənmək niyyətindədir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.