İdman

"Qarabağ"ın oyunçusu: "Ermənistana gedə bilmirik"

28 İyul 2015 12:58
1 Şərh     Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çoxları Azərbaycan çempionatını tanımır. Ancaq mən şan-şöhrət axtarmıram. Sadəcə, ailəmə kömək etməyə çalışıram. Azərbaycan Premyer Liqası güclü olmaya bilər, amma maliyyə durumu yaxşı vəziyyətdədir".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda məşhur ESPN nəşrinə açıqlamasında deyib.

"Azərbaycan gözəl ölkədir, paytaxt Bakı bir növ Dubayı xatırladır. Kluba böyük maliyyə vəsaiti yatırılır. İş strukturu fantastikdir. Komandanın artıq yeni gözəl stadionu və çox yaxşı məşq meydançası var", - deyə Almeyda bildirib.

"Qarabağ"ın ev oyunlarını təmsil etdiyi Ağdam şəhərində deyil, Bakıda keçirməsinə də münasibət bildirən braziliyalı futbolçu deyib: "Müharibə "Qarabağ"a da təsir edib. Bu barədə mənə çox danışıblar. Qonşu Ermənistanla münaqişə çox ciddidir. Nə onlar Azərbaycana gəlir, nə biz oraya gedə bilirik. Müharibə hər zaman ağırdır. İndi sözün həqiqi mənasında bu iki xalq bir-birinə nifrət edir".

"Rusiyanın bu ölkəyə təsiri böyükdür. Lakin Azərbaycanda müsəlmanlar çoxluq təşkil edirlər. Burada siz alkoqoliklərə rast gələ bilməzsiniz. Ümumiyyətlə, qadınlar nadir hallarda evdən çölə tək çıxırlar. Onları hər zaman yaxınları müşaiyət edirlər. Ailəm, həyat yoldaşım buranı çox sevir. Əlbəttə, mənim arzum daha güclü çempionatlarda oynamaqdır. Ancaq bu baş verməsə, "Qarabağ"da qalmaq istəyirəm", - deyə Almeyda əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.