İdman

6 qat Azərbaycan çempionu aşağı divizionda oynayacaq

27 İyul 2015 20:56
0 Şərh     Baxış: 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rabitə"nin sabiq voleybolçusu Sanya Staroviç karyerasını aşağı divizionda davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, son mövsümü "Beşiktaş"da oynayan 32 yaşlı serbiyalı hücumçu Türkiyənin "Balıkesir" klubu ilə anlaşıb. O, II Liqada oynayan komanda ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, 2008-ci ildən Bakı klubunun şərəfini qoruyan Staroviç "Rabitə" ilə 6 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu olub.  2013/2014 mövsümdə kapitan sarğısını daşıyan voleybolçu, həmçinin təmsilçimizin heyətində 1 dəfə mundialın və 2 dəfə Çempionlar Liqasının gümüş medalına sahib çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.