İdman

Andrea Pirlonun yeni klubu - FOTO

7 İyul 2015 10:42
0 Şərh     Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"dan ayrılan Andrea Pirlonun yeni klubu müəyyənləşib.

Anspress-in məlumatına görə, italiyalı ulduzun ABŞ-ın "Nyu-York Siti" klubunda oynayacağı açıqlanıb.

Bu barədə "Yuventus"un rəsmi internet saytı açıqlama yayıb. "Hər şey üçün təşəkkürlər, maestro" başlıqlı хəbərdə bildirilir ki, komandanın formasını geyindiyi 4 mövsümdə də çempionluq sevinci yaşayan Pirlo Frank Lempard və David Vilyanın oynadığı "Nyu-York Siti" ilə anlaşıb.

Qeyd edək ki, 36 yaşlı Pirlo karyerası ərzində İtaliyanın "Breşiya", "İnter", "Reccina", "Milan" və "Yuventus" klublarında çıхış edib, milli komandada 115 oyun keçirərək 13 qol imza atıb. O, İtaliya çempionluğunu (6 dəfə), ölkə kubokunu (2), Superkubokunu (3), Çempionlar Liqasını (2), UEFA Superkubokunu (2) və klublararası dünya çempionluğunu (1) qazanıb.

Yığması səviyyəsində isə Pirlo U-21-lə 2000-ci ildə Avropa çempionatının, 2006-cı ildə A milli ilə dünya çempionatının qızıl, 2004-cü ildə Yay Olimpiya Oyunlarının bürünc, 2012-ci ildə Avropa çempionatının gümüş, 2013-cü ildə Konfederasiyalar Kubokunun bürünc medalına sahib çıхıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.