İdman

"Messi Argentinanı dünya çempionu edəcək"

6 İyul 2015 19:50
5 Şərh     Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina və "Mançester Yunayted"in keçmiş futbolçusu Xuan Sebastyan Veron bir sıra sualları cavablandırıb.Goal.az həmin müsahibəni təqdim edir.
- Argentina millisi ardıcıl növbəti finalda uduzdu...

- Final təəssüratları yaxşı deyil. Çünki bütün ölkə qələbə gözləyirdi. Amma uşaqlar final fitinə kimi mübarizə apardılar. Penaltilər seriyası futbol lotoreyasıdır. Burda isə Çilinin bəxti gətirdi.

- Di Marianın zədəsi Argentina millisinin oyununa öz təsirini göstərdi.

- Bəli, razıyam. Deyə bilərəm ki, mundialın finalında Di Marianın yeri görünürdü.

- Siz də Amerika Kubokunun finalında bir dəfə məğlub olmusunuz. 8 il öncə Argentina finalda Braziliyaya uduzmuşdu.

- Baxmayaraq ki xoş xatirələr deyil, həmin oyunu unutmamışam. Braziliya bizə qalib gəlməklə 8-ci dəfə çempion oldular. Bizdə isə çempionluq sayı 14-dür.

- 2007-ci ildəki finalda komandada gənc Messi də çıxış edirdi. Onun haqqında iki fikir var. Bəziləri hesab edir ki, Leo Maradonanı geridə qoyub. Bəziləri isə onun millidə özünü lazımınca göstərə bilmədiyini deyir.

- Leo böyük uğurlara nail olmuş böyük futbolçudur. Şübhə etmirəm ki, Messi Argentinanı dünya çempionu edəcək. Rusiyada keçiriləcək mundialda bizdən yalnız qələbə gözləyəcəklər. Həmişə olduğu kimi.

- Rusiyada bir neçə dəfə olmusunuz. 2018 mundialına da gedəcəksiniz?

- "Parma" UEFA Kubokunun finalında "Marsel"ə 3:0 məğlub etmişdi. Həmin final oyunu Moskvada baş tutmuşdu. Moskva mənim üçün düşərli şəhərdir. Dünya çempionatına mütləq gələcəm. Həm də Rusiyada bir sıra dostlarım var. Orda darıxmayacam.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.