İdman

Agent Qvardioladan şikayətləndi

6 İyul 2015 17:46
0 Şərh     Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mario Götzenin agenti Volker Ştrut "Bavariya"nı növbəti dəfə gənc futbolçuya qarşı ədalətsiz davranmaqda ittiham edib.

23 yaşlı yarımmüdafiəçi 2013-cü ildə "Borussia"dan 37 milyon avro qarşılığında "Bayern Munchen"ə keçsə də, Pep Qvardiolanın oyun sisteminə daxil ola bilmədi.

Goal.az xəbər verir ki, Götzenin agenti də ona az oynamaq şansı verildiyindən şikayətlənib.

"Marionun məyus olması təbiidir. Əlbəttə, bəzən ona daha çox güvənilməsini istəyirəm. Futbolçu nəyə görə start heyətində meydana çıxmamasının səbəblərini bilmək istəyir. Mario "Bavariya"ya böyük oyunlarda meydana çıxıb titullar qazanmaq üçün gəlib. Fikrimcə, bu iki ildə onu layiqincə qiymətləndirməyiblər. Marionun 23 yaşı yenicə tamam olub. Bütün bunlara rəğmən, Götze "Bavariya"dan getmək istəmir. O, üzərində gərgin çalışan, peşəkar futbolçudur. Amma bəziləri bunu heç görmür. Əminəm ki, Mario özünə inansa, potensialını aça bilər. Bundan sonra dünyanın ən güclü futbolçuları sırasına yüksələcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.