İdman

Ronaldu sirlərini açdı

6 İyul 2015 17:22
0 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldu futbolda atletik hazırlığın əhəmiyyətindən danışıb.

Goal.az xəbər verir ki, ulduz futbolçu atletik xarici görünüşü saxlamaq üçün gərgin məşqlər etdiyini nəzərə çatdırıb.

"Üzərində ciddi çalışmalısan. Mən də bunu hər gün edirəm. Məhz bu səbəbdən uzun illərdir, yüksək fiziki göstəriciləri saxlayıram. Bunu təsadüf saymaq olmaz. Çünki meydandan kənarda da çox məşq edirəm. Daha gənc olanda çoxları mənə istedadlı, amma çəlimsiz olduğumu deyirdilər. Həmin vaxtdan bu fikirlə yaşayıram ki, bədəni həmişə gözəl formada saxlamaq lazımdır. Trenajor zalında inadkar və əzmli fəaliyyətin sayəsində bu aspektdə artıra bildim. İstənilən halda, hər şey istəkdən asılıdır. Atletizm çox üstünlüklər verir. Məlum olduğu kimi, futbolda xırdalıq yoxdur. Buna görə güc tələb edən məşqlər etmək vacibdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.