İdman

Messi mükafatdan imtina etdi

5 İyul 2015 23:38
2 Şərh     Baxış: 2 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinalı ulduz Lionel Messi Amerika kubokunun ən yaxşı oyunçusu üçün nəzərdə tutulmuş mükafatdan imtina edib. Goal.az "beİN Sports"a istinadən xəbər verir ki, bunun səbəbi 2014 mundialındakı hadisələrlə bağlıdır. Belə ki, həmin vaxt da finalda uduzan Argentina millisinin liderinə analoji mükafat təqdim olunmuş, lakin mediada Messinin buna layiq olmadığı barədə fikirlər öz əksini tapmışdı. Messinin Amerika kubokunda adı çəkilən mükafatdan imtina etməsi təltifetmə mərasiminin 10 dəqiqə gecikməsi ilə nəticələnib.

Qeyd edək ki, Messi turnirdə keçirdiyi 6 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Maraqlıdır ki, Messsinin həm qolu, həm də asisstentliyi Paraqvay millisi ilə keçirilən 2 oyuna təsadüf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.