İdman

Məşhur cütlüyün toyundan 16 il ötdü - FOTO

5 İyul 2015 21:34
0 Şərh     Baxış: 2 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən məşhur cütlük - futbolçu Devid və model Viktoriya Bekhemin evliliyin 16-cı ildönümü olub. 

Axşam.az xarici mətbuata istinadən məlumatına görə, bu münasibətlə cütük övladları ilə bir yerdə restorana gedərək bu günü qeyd ediblər. Viktoriya gecədən foto çəkdirərək İnstaqram səhifəsində paylaşıb.

"Mən səni sevirəm! Və gözəl ailəmizlə fəxr edirəm".

Devid də bu il açdığı İnstaqram səhifəsində toy günlərinin sevincini istifadəçiləri ilə bölüşüb:

"16 il əvvəl, bu gün bizim üçün xüsusi bir gün idi. Mənə belə gözəl uşaqlar bəxş etdiyin üçün təşəkkürlər!".

Böyük oğulları Bruklin də cütlüyün toy fotosunu paylaşaraq valideynlərini təbrik edib.

Qeyd edək ki, Devid və Viktoriya 1999-cu ildə ailə qurublar. Bu evlilikdən onların 4 övladı var: Bruklin (16 yaş), Romeo (12 yaş), Kruz (10 yaş) və Harler (3 yaş).

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.