İdman

""Mançester Yunayted" artıq İngiltərənin böyük klubu deyil"

6 İyul 2015 01:10
1 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa millisinin eks çalışdırıcısıı Raymond Domenek ingilis klubları barədə maraqlı fikirlər səsləndirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Domenek həmyerlisi Uqo Llorisin "Manchester United"ə keçməsini məqsədəuyğun hesab etməyib.

"Uqonun əvəzinə mən qərar vermirəm. Amma mənə görə, Avrokuboklarda oynamaq üçün "Çelsi", "Arsenal" və ya "Mançester Siti"yə keçməlidir. "Tottenhem" böyük klub olsa da, qrandların səviyyəsində deyil. "Mançester Yunayted" Çempionlar Liqasının təsnifat mərhələsində oynayacaq. Lakin onların "Tottenhem"dən fərqini görmürəm. "Yunayted" İngiltərədə artıq böyük klub deyil. Lyoris əla qapıçıdır. O, ən yaxşı ingilis klubunda oynamalıdır. Eyni zamanda ən yaxşı fransız, italyan və yaxud alman klubunda" - Domenek qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.