İdman

İdmançılarımız Çində iki təkər üstündə yarışırlar - FOTO

5 İyul 2015 14:14
0 Şərh     Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" bu gün Çində start götürən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirak edir. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 23 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 19 kontinental klub var.

Nüfuzlu yarışda "Synergy Baku" 7 velosipedçi ilə təmsil olunur. Sinin şəhərində təşkil olunan ilk dairəvi mərhələdə iştirakçılar şəhər küçələri ilə 121 km məsafə qət ediblər. Komanda üzvlərimizdən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - o, finişi mərhələ qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçsə də, fotofinişə əsasən, 6-cı olub. Həmin pelotonun içərisində olan Maksim Averin 12-ci, Aleksandr Surutkoviç isə 14-cü nəticə göstəriblər.

Sabah iştirakçılar Duobadan Datonqa qədər olan 188 km məsafəni qət etməlidirlər. "Tour de Qinghai Lake" yürüşünə iyulun 18-də yekun vurulacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.