İdman

"Artıq hədəfimiz Messidir"

5 İyul 2015 10:07
0 Şərh     Baxış: 1 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samuel Eto`Onu transfer edib, Ronaldinyonun da razılığını aldığı deyilən Türkiyənin "Antalyaspor" klubunun ispaniyalı hücumçu David Vilyanı transfer edəcəyi ilə bağlı iddialara aydınlıq gəlib. Apasport.az saytının "LİG TV"yə istinadən məlumatına görə, bu barədə klub prezidenti Super Liqanın rəsmi yayımcı quruluşuna açıqlama verib.

Antalya təmsilçisinin başqanı Gültəkin Gəncər hazırda ABŞ-ın "Nyu-York Siti" klubunda çıxış edən 34 yaşlı forvardı transfer etmək fikrləri olmadığını, amma 5 ilə Lionel Messinin Anyalyaya gələcəyinə inandığını bildirib:
 
"David Vilyanı transfer edəcəyimiz xəbərini sizdən eşitdim. Belə bir fikrimiz yoxdur. Bizdən sonrakı prezidentin 5 il sonra Leonel Messini Türkiyəyə, "Antalyaspor"umuza gətirəcəyini düşünürəm. Biz onlardan bunu gözləyirik. Artıq hədəf Messidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.