İdman

Dünyanın ən bahalı qapıçı transferləri - REYTİNQ

4 İyul 2015 20:06
7 Şərh     Baxış: 3 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol tarixinin ən bahalı qapıçı transferləri müəyyənləşib.

Milli.Az qol.az-a istinadən bildirir ki, siyahıda 15 qolkiper yer alıb.

Siyahıya İtaliya millisinin qapıçısı Canluici Buffon başçılıq edir. 2001-ci ildə 46 milyon avroya "Parma"dan "Yuventus"a transfer olunan 37 yaşlı qolkiper ən bahalı qapıçı ünvanını özündə saxlayır.

Manuel Noyer ikinci, David de Xea isə üçüncü pillədə qərarlaşıb.

1. Canluici Buffon (İtaliya) - 2001-ci ildə 46 milyon avro qarşılığında "Parma"dan "Yuventus"a transfer olunub.

2. Manuel Noyer (Almaniya) - 2011-ci ildə 26,8 milyon avro qarşılığında "Şalke"dən "Bavariya"ya transfer olunub.

3. David de Xea (İspaniya) - 2011-ci ildə 25,1 milyon avro qarşılığında "Atletiko"dan "Mançester Yunayted"ə transfer olunub.

4. Yan Oblak (Sloveniya) - 2014-cü ildə "Benfika"dan 17,8 milyon avro qarşılığında "Atletiko"ya (Madrid) transfer olunub.

5. Peter Çex (Çexiya) - 2015-ci ildə 15,5 milyon avro qarşılığında "Çelsi"dən "Arsenal"a transfer olunub.

6. Fraser Forster (İngiltərə) - 2014-cü ildə 14,1 milyon avro qarşılığında "Seltik"dən "Sauthempton"a transfer olunub.

7. Mark-Andre Ter Ştegen (Almaniya) - 2014-cü ildə 14 milyon avro qarşılığında "Borussiya"dan (Münhenqladbax) "Barselona"ya transfer olunub.

8. Françesko Toldo (İtaliya) - 2001-ci ildə 14 milyon avro qarşılığında "Fiorentina"dan "İnter"ə transfer olunub.

9. Klaudio Bravo (Çili) - 2014-cü ildə 13,7 milyon avro qarşılığında "Real Sosyedad"dan "Barselona"ya transfer olunub.

10. Saymon Minolet (Belçika) - 2013-cü ildə 12,7 milyon avro qarşılığında "Sanderlend"dən "Liverpul"a transfer olunub.

11. Samir Handanoviç (Sloveniya) - 2012-ci ildə 12,3 milyon avro qarşılığında "Udineze"dən "İnter"ə transfer olunub.

12. Sebastien Frey (Fransa) - 1998-ci ildə 12,1 milyon avro qarşılığında "Kann"dan "İnter"ə transfer olunub.

13. Hüqo Loris (Fransa) - 2012-ci ildə 11 milyon avro qarşılığında "Lion"dan "Tottenhem"ə transfer olunub.

14. Fabian Bartez (Fransa) - 2000-ci ildə 11 milyon avro qarşılığında "Monako"dan "Mançester Yunayted"ə transfer olunub.

15. Heurelyo Qomez (Braziliya) - 2008-ci ildə 11 milyon avro qarşılığında PSV-dən "Tottenhem"ə transfer olunub.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.