İdman

İngiltərə futbolunu dəyişdirən 10 nəfər

4 İyul 2015 10:41
0 Şərh     Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın nüfuzlu "Daily Mail" nəşri İngiltərə çempionatının Premyer Liqa adlandırıldığı 23 il ərzində Liqada iz qoymuş 10 məşhurun siyahısını tərtib edib.

Goal.az xəbər verir ki, gözlənildiyi kimi, ilk pilləni "Mançester Yunayted"in canlı əfsanəsi Ser Aleks Ferqyusson layiq görülüb.

Tam siyahıs isə belədir:

1. Ser Aleks Ferqyusson. "Manikunianlar"a 25 il rəhbərlik etmiş təcrübəli mütəxəsis bu müddətdə kluba 45 titul qazandırmışdı. Onunla rəqib məşqçilərdən tutmuş, federasiya nümayəndələri və hakimlər də hesablaşırdı.

2. Rupert Merdok. "Sky" telekompaniyasının sahibi, mediamaqnat. Onun sayəsində Premyer Liqa indiki məşhurluğua nail olub. O, bir müddət "Mançester Yunayted"in də səhmlərinə yiyələnmək istəmişdi.

3. Erik Kantona Premyer Liqa tarixində özünəməxsus davranışı və çılğınlığı ilə iz qoymuş futbolçu.

4. Arsen Venqer. 1996-cı ildən "arsenal"ın sükanı arxasında olan Venqer Ferqyusson qədər titul qazna bilməsə də, komandası hər zaman baxımlı oyunu ilə azarkeşlərin zövqünü oxşayır. Sonuncu dəfə 2004-cü ildə çempionluq sevinci yaşayan "topçular" son mövsümdə ölkə kubokunu muzeyinə aparıb.

5. Riçard Skudamor. Premyer Liqanı maddi cəhətdən zənginləşdirən şəxs. O, 1999-cu ildə Liqada icarçı direktor vəzifəsinə gələndə çempionatın televiziya ilə müqaviləsinin dəyəri 212 milyon funt təşkil edirdi. Bu rəqəm artan templə yüksəlməklə 2016-cı ildə 3 milyard funta çatacaq.

6. Jan-Mark Bosman. İngiltərədə heç vaxt futbol oynamayan bu şəxs müqaviləsi başa çatan futbolçuların azad agent kimi klub dəyişmə qaydalarını işləyib hazırlamışdı.

7. Devid Bekhem. "Mançester Yunayted"də çıxış etdiyi vaxtdan ekstravaqnt və dəbli üslubu ilə diqqəti cəlb edən futbolçu sonradan bir çox reklam şirkətlərinin əsas siması oldu.

8. Roman Abramoviç. 2003-cü ildə "Çelsi"ni iflasdan xilas edən rusiyalı multi -milyoner qısa müddətdə "zadəganlar"ı Avropanın top-klubları sırasına çıxartmağa nail oldu.

9. Joze Mourinyo. Son illərin ən xarizamtik məşqçilərindən olan "Don Joze" son 50 ildə "Çelsi"yə ilk çempionluq qazandırdı. Bununla kifayətlənməyən portuqal mütəxəssis analoji uğuru daha 2 dəfə təkrarladı.

10. Devid Din. "Arsenal"ın keçmiş prezidenti. Venqer və Anrini məhz Din London klubuna gətirmişdi. O, həmçinin 5 ingilis klubunun (Arsenal, Tottenham, Liverpul, Everton, Mançester Yunayted) təmsilçisi idi. Din yerli çempionatın Premyer Liqa adlandırılması ideyasını da irəli sürənlərdən biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.