İdman

Ronaldu bu addımı ilə yenə gündəmə gəldi

3 İyul 2015 22:15
12 Şərh     Baxış: 1 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Marutins 2004-cü ilin dekabrında baş vermiş güclü sunamidən sağ çıxan indoneziyalı oğlandır. İndi onun 17 yaşı var və "Sporting"in aşağı yaş qrupunda futbol oynayacaq. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 11 il öncəki təbii fəlakət zamanı ailəsini itirən oğlana, xeyriyyə aksiyaları ilə yadda qalan Kriştianu Ronaldu köməklik edib. Faciə baş verən zaman oğlan dostları ilə birlikdə futbol oynayırmış. Marutins sunamidən sonra 21 gün parçalanmış çimərlikdə dəniz suyu içməklə sağ qalıb. Sonra kanadalı xilasedicilər tərəfindən qurtarılıb. Onun əhvalatı britaniyalı jurnalistlər tərəfindən işıqlandırılandan sonra Ronaldu Marutinsi tapıb və evinin bərpasında maddi yardım göstərib. Daha sonra gənc oğlan "Real Madrid"in Banda Açedə yerləşən məktəbində futbolla məşğul olmağa başlayıb.

İki gün öncə portuqal ulduz Marutinsi vaxtilə çıxış etdiyi "Sporting Lissabon"un akademiyasına gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.