İdman

"Barselona"nın futbolçusu "Liverpul"da

3 İyul 2015 21:01
1 Şərh     Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın gənc cinah hücumçusu Bobbi Adekanye karyerasını "Liverpul"da davam etdirəcək. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 16 yaşlı futbolçu tibbi müainədən keçərək "qırmızılar"la uzunmüddətli anlaşma imzalayıb.

Hollandiyalı futbolçu "Barselona"nın transferi zamanı qaydaları pozduğu 5 oyunçudan biridir. Bu səbəbdən katalon klubu FİFA tərəfindən 2016-cı ilə kimi transfer qadağası ilə cəzalandırılmışdı.
Qeyd edək ki, 2011-ci ilə kimi "Ayaks" futbol akademiyasının üzvü olan futbolçu 2015-ci ilin fevralında Hollandiyanın U-16 yığması ilə Avropa çempionatında iştirak etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.