İdman

“Qəbələ”nin baş məşqçisi: "Bu gün bizim günümüz deyildi"

2 İyul 2015 23:46
3 Şərh     Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün idman jurnalistlərinin bayramıdı. Sizi bu münasibətlə təbrik edirəm". 

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis UEFA Avropa Liqasının I təsnifat mərhələsində Tbilisi "Dinamo"su ilə səfər qarşılaşmasından (1:2) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Dünənki fikirlərinizlə bugünkü oyun üst-üstə düşmədi. Bu çıxış "Qəbələ"nin hazırkı gücünü göstərir?

- Bilirəm ki, bizdən güclü oyun gözləyirdiniz. Həmçinin mən də indikindən bir az güclü oyun gözləyirdim. İlk hissədə əsəbi idik, dağınıq oyun göstərirdik. Əminəm ki, bu komanda qat-qat yaxşı oynamağı bacarır. Uduzsaq da, çox qol imkanları qaçırdıq.

- Rəqib azlıqda qalsa da, qollar vurmağı bacardı. Bunu necə başa düşmək olar?

- Bu, futbol oyunudu, hokkey deyil. Futbolda praktika çoxdu ki, azlıqda qalan komanda qol vurur. Bu da səhvlərdən qaynaqlanır. Sadəcə, rəqib azlıqda düzgün oynadı. Biz isə kobud səhvlər etdik. Mən belə səhvləri gördükdə hiddətlənirəm. Komandanın formalaşması üçün zamana ehtiyac var. Bəlkə də, ilk oyun olduğu üçün bu qədər səhvlər oldu.

- Dodo ilə Rəşad Sadiqovu meydana gec buraxdığınızı düşünmürsünüz?

- Bu əvəzetmələrlə oyunu dəyişmək istədik. Rikardinyo hücumameyillidi, Rəşad oyunu üzərinə götürməyi bacarır. Dodo isə tam hazır deyildi. Az məşq etmişdi. Zədədən döndükdən sonra yenidən zədə almışdı. Onu gec oyuna qoşduğumu düşünmürəm.

- Növbəti mərhələ barədə nə düşünürsünüz?

- Bizim hədəfimiz gələn oyunu daha yaxşı keçirməkdi. Cavab matçında bugünküdən daha yaxşı çıxış etməliyik və bu səhvləri təkrarlamamalıyıq.

- Şanslarınızı necə dəyərləndirirsiniz?

- Şansımız qalır. Amma konkret neçə faiz olduğunu deyə bilmərəm. Cavab görüşündə imkanlarımızdan yararlanmağa çalışacağıq.

- Bir çox səhvlərə yol verildi. Bunları cavab görüşünə qədər yoluna qoya biləcəksiniz?

- Müdafiədə səhvlərə yol verdik. Ötən mövsüm təxminən 20 oyun keçirmişik. Bu müddətdə müdafiənin mərkəzində belə səhvlər etməyimiz hələ yadıma gəlmir. Mərkəz müdafiəçi yerini tərk edir, digəri onu sığortalamır. Ürfan Abbasov da mərkəzə çəkilmir bu anda. Ümumilikdə bu gün bizim günümüz deyildi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.