İdman

İdmançımız Ukraynadan qızıl medalla qayıdıb - VİDEO

1 İyul 2015 11:24
1 Şərh     Baxış: 2 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyun ayının 26-da və 27-də Ukraynanın Odessa şəhərində qaydasız döyüş üzrə Dünya Kuboku yarışı keçirilib. Milli.Az El TV-yə (Region Tv) istinadən xəbər verir ki, birincilikdə ölkəmizi 10 idmançı təmsil edib. Onlardan 4-ü fəxri kürsünün ilk pilləsində qərar tutub. Fərqlənən idmançılar sırasında Bərdə rayonunu təmsil edən İlqar Hüseynov da olub. 95 kiloqram çəkidə mübarizə aparan Hüseynov iki döyüş keçirib.

İlk döyüşündə türkmənistanlı idmançını məğlub edən İlqar Hüseynov finalda ukraynalı döyüşçünü üstələyib və yarışı qızıl medalla başa vurub:

"Yarış mənim üçün rahat keçdi. Çünki məşqlər etmişdim. Özümdən arxayın idim ki, yer tutub gələrəm. O da qismət oldu.  Qızıl medal gətirdim".

Qarşıda İlqar Hüseynovu daha bir yarış gözləyir. O, bu yarışda da yüksək nailiyyət qazanmaqla qələbə seriyasını davam etdirmək fikrindədir:

"Məşqlər yaxşı gedir. Zədəm yoxdur. Gələcəkdə Odessada kəmər yarışı olacaq. Oraya təklif aldıq. Çalışacağam ki, o kəməri də Azərbaycana gətirim".

Qeyd edək ki, İlqar Hüseynov 10 ildir peşəkar idmanla məşğul olur. O, Avropa və dünya çempionatlarının qalibi, beynəlxalq turnirlərin iştirakçısıdır.

Milli.Az

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.