İdman

Avropa Liqasında 3 oyun

30 İyun 2015 21:50
0 Şərh     Baxış: 1 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gecə yarışın ilk 3 qarşılaşması baş tutacaq.

Avropa Liqasında 2015/16 mövsümünə start verilir. 
Milli.Az ansperss-ə istinadən bildirir ki, bu gecə yarışın ilk 3 qarşılaşması baş tutacaq.

Turnirə Maltada yerli "Baltsan"la Bosniya və Herseqovina təmsilçisi "Jelezniçar" arasında görüşlə start veriləcək. Günün ikinci qarşılaşması Lüksemburqda baş tutacaq.

Burada yerli "Proqres"lə İrlandiya təmsilçisi "Şemrok Rovers" görüşəcək. Makedoniyanın "Renova" klubu isə Moldova "Daçiya"sını sınağa çəkəcək.

Qeyd edək ki, iyulun 2-də I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 48 qarşılaşma baş tutacaq. Azərbaycan klubları "Neftçi", "İnter" və "Qəbələ" də ilk sınağına həmin gün çıxacaq.

Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyunlar

30 iyun
21.00 Baltsan (Malta) - Jelezniçar (Bosniya və Herseqovina)
22.00 Proqres (Lüksemburq) - Şemrok Rovers (İrlandiya)
00.00 Renova (Makedoniya) - Daçiya (Moldova).
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.