İdman

Murad Dadaşov: "Avropa Oyunları milli özünüeyniləşdirmənin zəruri komponenti oldu"

30 İyun 2015 20:39
Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

I Avropa Oyunları böyük dünyada milli özünüeyniləşdirmənin zəruri komponenti və bir-birimizlə birləşmənin komponenti oldu.

Trend-in məlumatına görə, bunu Avropa Oyunlarının ulduz səfiri, televiziya aparıcısı və şoumen Murad Dadaşov Oyunların könüllülərinə sertifikatların verilməsi mərasimində deyib.

Onun sözlərinə görə, Oyunlar Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, onların ailə üzvlərini xalqla o qədər yaxınlaşdırdı ki, biz böyük bir ailə olduğumuzu hiss etdik: "Bu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, xəyal etdiyi şeydir".

M.Dadaşov qeyd edib ki, Azərbaycan dostlar üçün açıqdır: "Müxtəlif qüvvələrin Azərbaycana qarşı qara yaxmaq cəhdlərinə baxmayaraq, ölkəmiz bütün dünyaya göstərdi ki, biz adət-ənənəmiz, mədəniyyətimiz və tariximizlə birlikdə dünyəvi və müasir ölkəyik".

O əlavə edib ki, Azərbaycan rəhbərliyinin yürütdüyü siyasət bütün dünya üçün nonsensdir: "Dünyada baş verən bütün iqtisadi təlatümlərə baxmayaraq, Azərbaycanda sabitlik qorunur. Coğrafi cəhətdən bizə yaxın ölkələrdən fərqli olaraq, biz gələcək barədə düşünə bilərik. Biz indidən 2017-ci il İslam Həmrəylik Oyunları və 2020-ci il futbol üzrə Avropa çempionatı haqqında danışırıq. Bütün bunlar Prezident İlham Əliyevin siyasəti sayəsindədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.