İdman

Kapitana qalib gəldi, qovuldu - FOTO

30 İyun 2015 14:46
1 Şərh     Baxış: 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarusiyalı velosipedçi Andrey Krasilnikovu iştirak etdiyi "Minsk Cycling Club" komandasından qovublar.

Anspress-in məlumatına görə, buna səbəb onun ölkə çempionatında qrup yarışlarında öz komanda yoldaşı, həm də komandanın kapitanı Aleksandr Kuçinskiyə qalib gəlməsidir. 

Krasilnikov komandadan çıxarılması barədə öz twitter səhifəsində yazıb. O, qeyd edib ki, Kuçinski bu məğlubiyyətdən narazı qalıb və buna görə onun velosipedini əlindən alaraq, komandadan qovub.

Komanda kapitanı Aleksandr Kuçinski isə yarışı ikinci pillədə başa vurub. Kuçinski bundan öncə qrup yarışlarında üç dəfə (2005, 2010, 2011), fərdi şəkildə isə bir dəfə (2014) Belarus çempionatının qalibi olub. Pekində keçirilən 2008-ci il yay Olimpiya oyunlarının isə iştirakçısı olub.

26 yaşlı Krasilnikov komandasının liderlərindən biri idi. O, "Minsk Cycling Club" komandasına qədər iki fərqli komanda heyətində də çıxış edib. Velosipedçinin yenidən o komandalardan birinə dönəcəyi bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.