İdman

Ronaldunun siması milyarderə satıldı

30 İyun 2015 12:25
3 Şərh     Baxış: 1 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldunun obrazından istifadə hüququ sinqapurlu milyarder Piter Limin "Mint Media" korporasiyasına satılıb.

Milli.Az Channel News Asia-ya istinadən bildirir ki, "Mint Media" ilə K.Ronaldu arasında 6 illik anlaşma imzalanıb. Sazişin məbləği açıqlanmır. Şərtlərə görə, "Mint Media" yalnız Kriştianu Ronaldunun "Real"la bağlı olmayan obrazlarından istifadə edə bilər.

İspaniyanın "Valensiya" klubunun sahibi, 2,5 milyard dollarlıq sərvəti olan Piter Limin fikrincə, Kriştianu Ronaldu "brend"i bundan sonra daha da bahalaşacaq.

Bu ay kosmosda aşkarlanmış ən parlaq qalaktikaya da Ronaldunun ləqəbi olan CR7 adı verilib.
Kriştianu Ronaldunun 210 milyon avro həcmində varidatı var.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.