İdman

Tebasdan "Real"a: "Bu, pulgirlik və şöhrətpərəstliyin qarışığıdır"

29 İyun 2015 23:42
0 Şərh     Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya Futbol Liqasının prezidenti Xavier Tebas "Real Madrid" klubuna gözlənilməz "hücum" edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2016/17 mövsümündən La Liqa oyunlarının teleyayımında yeni qaydaların tətbiq olunması barədə danışan Tebas yalnız "Real"ın buna razı olmadığını qeyd edib.

"Mən yenidən İspaniya futbolundakı müharibədən danışmaq məcburiyyətində qalıram. Çünki mərkəzi teleyayım barədə qanuna 42 klub razılaşıb. Təkcə "Real" buna qarşı çıxır. Niyə? Bunu onlardan soruşmaq lazımdır. "Real" may ayında "Telefonnic" ilə niyə teleyayım barədə müqavilə imzaladığını izah etsə, bir nəticəyə gələ bilərik. "Real" özünü şəffaflıq üzrə lider hesab edən, böyük klubdur. Amma onların digər klublardan fərqli maraqları var. Fikrimcə, onlar öz teleyayım hüquqlarının mərkəzi sistemə verilməsini istəmirlər. Bu, pulgirlik və şöhrətpərəstliyin qarışığıdır. Onların "Telefonnica" və "Microsoft" şirkətləri ilə müqaviləsi mənə çox qəribə göründü. Bu barədə özlərinə də demişəm. Ümid edirəm ki, Madrid klubunun "Telefonnica" ilə müqaviləsi "Barcelona"nın bir neçə ay öncə həmin kompaniya ilə anlaşmasına görədir. Bilirik ki, "Barcelona" olan yerdə "Real" da olmağa çalışır".
Qeyd edək ki, İspaniya Futbol Liqasının təklif etdiyi yeni sistem naz maliyyəyə sahib olan klubların iflasına mane olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.