İdman

Azərbaycan "Latsio" ilə danışıqlar apardığını rəsmən açıqladı

29 İyun 2015 21:59
2 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan şirkətinin İtaliyanın "Latsio" klubuna sponsorluq edə biləcəyi haqda xəbərlər rəsmən təsdiqlənib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ölkəmizin İtaliyadakı səfiri Vaqif Sadıqov İtaliyanın məşhur "Corierre dello Sport" nəşrinə açıqlamasında adını açıqlamadığı Azərbaycanın bir özəl şirkətinin Roma təmsilçisi ilə danışıqlar apardığını bildirib:

"Həqiqətən də Azərbaycan şirkətlərindən biri "Latsio" ilə danışıqlar aparır. Onu deyim ki, futbol Azərbaycanda ən önəmli idman növlərindən biridir. Biz də futbola böyük sevgi və həvəslə yanaşırıq".
Vaqif Sadıqov danışıqların məğzini açıqlamayıb. Azərbaycan şirkətinin İtaliya klubuna sponsorluq edəcəyi ilə bağlı xəbərlər üç ay öncə yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.