İdman

Bakı-2015 zəfəri Berlinin mərkəzində də izlənildi - FOTO

29 İyun 2015 19:10
Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 28-də Berlinin tarixi məkanlarından olan "Kunztschule" qalereyasında 400-dən artıq qonaq onlar üçün quraşdırılmış böyük monitor vasitəsilə möhtəşəm I Avropa Oyunlarının bağlanış mərasiminin şahidi oldu.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniyadakı nümayəndəliyi tərəfindən təşkil olunmuş tədbirdə iştirak edən ictimai-siyasi xadimlər, o cümlədən diplomatik korpusun nümayəndələri, Almaniya parlamentinin üzvləri Bakı-2015 I Avropa Oyunlarının uğurla həyata keçirilməsindən və füsunkar bağlanış mərasimindən çox təsirləndiklərini bildirdilər. Bu barədə Trend-ə TEAS-dan məlumat verilib.

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov ilk Avropa Oyunlarının təşkili üçün Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Bakı-2015 ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya, eləcə də Milli Olimpiya Komitəsinə təşəkkürünü bildirdi. Diplomat məlumat verdi ki, I Avropa Oyunlarının keçirilməsi barədə qərar 2012-ci ildə verilib. Bir ildən sonra bu möhtəşəm tədbirə ev sahibliyi etməsi üçün Azərbaycanın paytaxtı seçildi. Azərbaycan xalqı bu qərarın qəbul olunmasından qürur hissi keçirirdi. Səfir Azərbaycan idmançılarının yarışlarda medal sayına görə ikinci yerə yüksəldikləri üçün onlara öz minnətdarlığını bildirərək bu zəfəri tarixi nailiyyət kimi dəyərləndirdi.

Almaniya parlamentinin üzvü Tobias Zek cəmi iki il yarım müddətə möhtəşəm Avropa Oyunlarının təşkilində Azərbaycanın göstərdiyi nailiyyəti yüksək dəyərləndirdi. 12-28 iyun tarixlərində Bakıda keçirilən I Avropa Oyunları böyük uğur idi və bu, kontinental oyunların gələcəkdə digər ölkələrdə keçirilməsi üçün dönüş nöqtəsi idi. Millət vəkilinin sözlərinə görə, idman Avropa ölkələri arasındakı münasibətlərin gücləndirilməsində yaxşı bir vasitə ola bilər.

TEAS-ın Almaniya nümayəndəliyinin rəhbəri Şahin Nemati Bakı-2015 Avropa Oyunlarını belə təsvir etdi: "Öz müstəqilliyini 24 il bundan əvvəl qazanmış gənc dövlətimiz üçün bu, tarixi əhəmiyyətə malik hadisə idi. Yəqin ki, o zaman bu miqyasda bir tədbirə ev sahibliyi edəcəyimizin mümkünlüyünü belə düşünə bilməzdik. Lakin ölkəmizin iqtisadi inkişafı və insan resurslarından əminliyimiz bu məqsədə nail olmağımızı mümkün etdi. Avropa Oyunları Azərbaycan-Avropa münasibətlərinin inkişafı istiqamətində daha bir uğurlu addım idi, eyni zamanda, Azərbaycanın Avropanın idman tarixinə verdiyi töhfələrdən biridir".

Qeyd edək ki, tədbirdən hazırlanmış reportaj "TV Berlin" kanalında da yayımlanacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.