İdman

Türkiyə mediası Avropa Oyunlarının bağlanış mərasimindən yazdı

29 İyun 2015 17:42
Baxış: 1 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-2015 ilk Avropa Oyunlarının bağlanış mərasimi Türkiyə mediasında da geniş işıqlandırılıb.

Trend-in məlumatına görə, "TRT Haber" telekanalının internet səhifəsində "Bakıda görkəmli bağlanış" başlıqlı reportaj yerləşdirilib.

Prezident İlham Əliyev, xanımı, Bakı-2015 ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin 68 minlik Bakı Olimpiya Stadionunda tamaşaçıları salamlaması ilə başladığı möhtəşəm mərasimdə milli və Avropa mədəniyyətinin nümunələrinin təqdim edildiyi qeyd olunur.

Avropa Oyunlarının Türkiyə ərazisində rəsmi yayımçısı "NTV Spor" kanalı isə bağlanış mərasimini canlı təqdim edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.