İdman

Azad Rəhimov: "Avropa Oyunlarını siyasiləşdirmə cəhdləri var idi"

29 İyun 2015 17:32
Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İdmanı siyasətlə qarışdırmaq olmaz. Pekin, Afina və Londonda da Olimpiya Oyunlarını siyasiləşdirmə cəhdləri olmuşdu. Soçidə də müəyyən belə cəhdlər olmuşdu. Amma Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimində Avropa ölkələrinin prezidentlərinin, baş nazirlərinin, yüksək dövlət rəsmilərinin iştirak etməsi sübut edir ki, idmanı siyasətlə qarışdırmayan insanlar bunu yaxşı başa düşürlər.

Trend-in məlumatına görə, bunu birinci Avropa Oyunlarının yekunlarına dair keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, bəzi təşkilatlar çalışırdılar ki, bu Oyunlardan istifadə edib aidiyyəti olmayan məsələlərdən yazsınlar: "Amma pozitiv yazanların sayı daha çox oldu və bu Oyunları siyasiləşdirməyə çalışan adamların səyləri heç bir nəticə vermədi".

Bəzi qərb mətbuatında Avropa Oyunlarına zəif idmançıların gəldiyi barədə yazılara münasibət bildirən A.Rəhimov deyib ki, Avropa Oyunlarında 16 idman növündən 12-si lisenziya xarakterli idi: "Avropa Oyunları bütün idmançılar üçün ən böyük fürsətdir və heç kim bu fürsətdən imtina edə bilməz. Bu Oyunlarda 100-dən artıq dünya və olimpiya çempionu iştirak edib, o cümlədən Kür çayında yarışlarda 21 nəfər dünya və olimpiya çempionu iştirak edib. Oyunlara zəif idmaçıların gəldiyini deyən adam yəqin ki, yarışlara tamaşa etməyib. Bəzi qüvvələr bütün fürsətlərdən istifadə edərək çalışırdılar ki, bu Oyunların uğuruna kölgə salsınlar, saytlarımıza hücum etsinlər".

Milli Olimpiya Stadionunun saxlanması ilə bağlı müzakirələr aparıldığını deyən A.Rəhimov bildirib ki, əgər müəyyən mənbələr hesabına kifayət qədər maliyyə toplanmasa, stadionun saxlanması üçün dövlət büdcəsinə müraciət ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.